FİBA Avropa Kuboku: “Sabah” son oyununu keçirəcək

22.11.2023 10:00 177
İdman
FİBA Avropa Kubokunda bu gün müntəzəm mövsümə yekun vurulacaq.

"Football-plus.az" xəbər verir ki, “Sabah” da son oyununa çıxacaq.

D qrupunda yer alan ölkə çempionu Çexiyanın “Nimburk” klubu ilə qarşılaşacaq. Bakı İdman Sarayında təşkil olunacaq 6-cı turun matçı saat 19.00-da başlayacaq.

Hazırda hesabında 6 xal olan “Sabah”ın 2-ci mərhələyə vəsiqə qazanmaq şansı qalmayıb. “Nimburk” isə 9 xalla ikinci pillədə qərarlaşıb. Son tur ərəfəsində qrup lideri olan Türkiyə klubu “Baxçaşəhər” də 9 xala malikdi.