Fərid Nəbiyev oynadı, komandası uduzdu

13.04.2022 22:19 503
Dünya futbolu
Çexiya 1-ci liqasında 23-cü turun oyunları keçirilir.

Fərid Nəbiyevin çıxış etdi "Viktoriya Jijkov" səfərdə "Dukla Praqa" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb.

Azərbaycanlı futbolçu da bu görüşün iştirakçısı olub. 23 yaşlı yarımmüdafiəçi 75-ci dəqiqədə meydana daxil olub.

23 turdan sonra 16 xal toplayan "Viktoriya Jijkov" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.