Eritreya yığması DÇ-2026-nın seçmə turnirdə iştirak etməyəcək.
"Football-plus.az" xəbər verir ki, yerli futbol qurumu artıq bununla bağlı FİFA-ya məlumat verib.
Eritreyalıların seçmə mərhələdə iştirakdan imtinasının səbəbi də açıqlanıb. Doğrudu, bu məsələyə Afrika ölkəsinin futbol federasiyası aydınlıq gətirməyib. Səbəb isə qeyri-adidi. Böyük Britaniyanın populyar qəzetlərindən olan “The Guardian”ın yazdığına görə, yerli hakim dairələr səfər oyunlarına yollanan futbolçuların getdikləri ölkələrdən siyasi sığınacaq almağa çalışmasından ehtiyatlanır. Qeyd edək ki, son illər bir neçə dəfə belə hadisəyə təsadüf edib.
Eritreya yığmasının DÇ-2026-nın seçmə turnirdən imtina qərarı bir neçə gün əvvəl verilib. Komandanın E seçmə qrupunda Mərakeş, Zambiya, Tanzaniya, Niger və Konqo ilə mübarizə aparacağı məlum idi. Lakin artıq 1-ci seçmə mərhələnin ilk turunun Mərakeş ilə səfər oyunu baş tutmayıb. İndi FİFA-nın Eritreya millisinə və yerli federasiyaya sanksiyalar verməsi gözlənilir.