UEFA-dan xəbərdarlıq: Bu ölkə ilə qarşılaşmaq istəməyənlər cəzalandırılacaq

13.10.2022 10:24 403
Dünya futbolu
AÇ-2024-ün seçmə mərhələsində Kosovo ilə oyundan imtina edən komandaları UEFA cəzalandıracaq.

Football-plus.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Hansısa yığma Kosovo ilə qarşılaşmasa, turnirdən kənarlaşdırıla bilər:

“Hansısa assosiasiya oynamaqdan imtina edərsə, matçın baş tutmamasına görə məsuliyyət daşıyacaqsa, UEFA Nəzarət, İntizam və Etika Komitəsinə cəlb olunacaq. Qurum həmin assosiasiyaya qarşı əlavə intizam tənbehi görəcək və o ölkənin yığması turnirdən qovula bilər”.

Qeyd edək ki, Kosovo millisi AÇ-2024-ün seçmə mərhələsində Andorra, Belarus, İsrail, Rumıniya və İsveçrə ilə İ qrupda mübarizə aparacaq.