Millimiz Gürcüstan yığması ilə üz-üzə - Avropa çempionatı

12.07.2023 11:13 239
İdman
20 yaşadək basketbolçulardan ibarət millimiz Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan Avropa çempionatında sonuncu oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, yığma B Divizionunun C qrupunda Gürcüstan kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Azərbaycan komandası əvvəlki matçlarda Ukrayna, İsveç və Kosovoya məğlub olub.