“Roma”nı tərk etməyə hazırlaşır?

19.11.2023 18:21 196
Dünya futbolu
Andrea Belotti karyerası ilə bağlı qərar verib.

"Football-plus.az" xəbər verir ki, İtaliya mənbələri onun “Roma”nı tərk etməyə hazırlaşdığını xəbər verib. Təcrübəli futbolçunun iş yerini İtaliyanın digər klubuna dəyişməyə üstünlük verdiyi qeyd edilir.

Belotti “Roma”da 2022-ci ildən çıxış edir. 29 yaşlı hücumçu bu mövsüm A seriyasında 10 oyuna 3 qol vurub.