Belotti 2 seçim qarşısında

31.07.2022 13:57 420
Dünya futbolu
İtaliyalı hücumçu Andrea Belotti yeni komanda axtarışlarını davam etdirir.

Football-plus.az
xəbər verir ki, futbolçu "Torino" ilə müqaviləsi başa çatdığı üçün azad agent statusu alıb.

28 yaşlı italiyalıya ABŞ-ın "Toronto" və İspaniyanın "Valensiya" klubları maraq göstərir. Hücumçu üçün prioritet isə La Liqa klubudu.

Qeyd edək ki, Belotti ötən mövsüm A Seriyasında 22 oyun keçirib və 8 qol vurub.