Ailəsinə görə istefa verəcək

19.11.2023 17:51 209
Dünya futbolu
“Renn”in baş məşqçi vəzifəsində istefa gözlənilir.

"Football-plus.az" xəbər verir ki, Bruno Jenezio belə addım atmaq qərarına gəlib. Fransa KİV-i onun artıq rəhbərliyə qərarını bildirdiyini xəbər verib. Jenezionun istirahətə ehtiyac duyduğu və ailəsinə daha yaxın olmaq istədiyi məlum olub.

57 yaşlı mütəxəssis “Renn”i 2021-ci ildən çalışdırır. Komanda hazırda Liqa 1-də 12 oyuna 12 xalla 13-cü yeri tutur.