“İnter”ə qarşı oynaya biləcək

29.10.2023 13:21 195
Dünya futbolu
Renato Sanşeş zədəsini sağaldıb.

“Football-plus.az” xəbər verir ki, o İtaliya çempionatının vacib oyununda “İnter”ə qarşı oynaya biləcək. “Roma”nın portuqaliyalı oyunçusu Avropa Liqasının “Şerif” ilə matçında zədələnmişdi. Yarımmüdafiəçi bu səbəbdən bir neçə həftə komandasına kömək edə bilməmişdi.

Renato bu mövsüm A seriyasında keçirdiyi 2 oyunda 1 qol vurub.