Bir müddət əvvəl Karlo Ançelottinin mövsümün sonunda “Real”dan ayrılacağı ilə bağlı xəbər yayılmışdı.
"Football-plus.az" xəbər verir ki, onun karyerasını Braziliya yığmasında davam etdirəcəyi bildirilmişdi. Lakin son xəbərlərdə klub rəhbərliyinin italiyalı mütəxəssisə daha bir şans vermək haqda düşündüyü bildirilir.
"Relevo"nun məlumatına görə, İspaniya klubu baş məşqçiyə 2 illik yeni müqavilə təklifi edəcək.