“Real”ın baş məşqçisi Karlo Ançelotti Braziliya millisinə mümkün təyinatı ilə bağlı sualı cavablandırıb.
“Football-plus.az” xəbər verir ki, tanınmış jurnalist Fabritsio Romanonun “tvitter” səhifəsinin yaydığı xəbərə görə, italiyalı mütəxəssis bu haqda belə deyib:
“Bu barədə danışmağı xoşlamıram. “Real”da qalmaq istərdim, bunu artıq dəqiqləşdirmişəm”.
Qeyd edək ki, daha əvvəl Ançelottinin Braziliya yığmasını çalışdıra biləcəyi ilə bağlı xəbərlər yayılmışdı. İspaniya mənbələri onun “Real”dakı fəaliyyətini yalnız Çempionlar Liqasına vəsiqə qazanılacağı halda davam etdirəcəyini vurğulayır.