Vasif İsmayılovun qayıdışı nə vəd edir? - AÇIQLAMA

18.11.2023 14:54 342
Aktual / Ölkə futbolu
Bu həftə "Füzuli"də dəyişilik gerçəkləşdi. Baş məşqçi Amit Quluzadə istefa verdi. Vasif İsmayılov köhnə-yeni vəzifəsinə - icraçı direktorluğuna qayıtdı.

Baş verən dəyişikliklər komandaya nə vəd edir? Yeni baş məşqçi kim olacaq?

"Football-plus.az" saytı olaraq bu suallara aydınlıq gətirmək üçün Vasif İsmayılovla əlaqə saxladıq:

"Toparlanıb, daha yaxşı oynayıb qış fasiləsinə kimi maksimum çox xallar toplamaq niyyətindəyik. Hazırda 20 xalla 6-cı yerdəyik. Liderlə aramızda 8 xallıq fərq var. Bunu aradan qaldırmağa çalışacağıq. Yanvara kimi baş məşqçi vəzifəsini də mən icra edəcəm. Qışda yeni baş məşqçinin adına aydınlıq gələcək. Həmçinin, transferlər də olacaq".

ABDULLA İSMAYILOĞLU