• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Futbolumuzda “yenilik”: bir klubda icraçı direktordu, o birində idman direktoru!

2-ci liqa / Manşet

17-11-2023, 20:0

2-ci liqada mübarizə aparan daha bir komandada istefa gerçəkləşdi.

Amit Quluzadə "Füzuli"nin baş məşqçi postundan getdiyini açıqladı. Sabiq yığma üzvü sosial şəbəkə hesablarında bu barədə paylaşım etdi. Həmçinin "Füzuli" sabiq içraçı direktoru Vasif İsmayılov köhnə-yeni komandasına qayıtdı. Klub prezidenti Rauf Quliyevin son hadisələrə münasibətini öyrəndik:

“Əvvəlcə onu deyim ki, işlərimizlə bağlı rayonlarda ezamiyyətdəydim. Ona görə "Şahdağ Qusar"la noyabrın 13-də keçiriləb oyunda cəmi 10-15 dəqiqə iştirak edə bildim. Amit Quluzadənin istefasına gəlincə, bu bizim üçün sürpriz oldu. Heç kim onun istefa verəcəyini gözləmirdi. Həmçinin onu da xüsusi vurğulayım ki, "Füzuli" camiəsində hamı Amitin xətir-hörmətini saxlayır. Şəxsən mən Amiti özümə kiçik qardaş bilir, övladlarım qədər sevirəm. Sözüm o ki, klub rəhbərliyinin baş məşqçini yola salmasından söhbət gedə bilməz. Biz onun xidmətində maraqlıydıq. Amma görünür, bəzi oyunlarda hesabda öndə olarkən hakim qərarlarına görə qələbədədən olmağımız Amitin bu qərarı verməsinə səbəb olub. Onu da başa düşürük, bəzən haqsızlıq görəndə əsəblər tarıma çəkilir. Buna rəğmən, Amit bizim üçün hələ də dəyərli insandı. Təbii ki, baş məşqçinin istefası ilə bağlı iclas keçirəcəyik. Vasif İsmayılovun qayıdışına gəlincə, o, dövlət orqanlarında və vergi ödəyicisi sistemində "Füzuli"nin həmtəsisçisi və icraçı direktorudu. Bunu kimsə dana və ya təkzib edə bilməz. Vasif müəllim özü çıxıb mətbuata açıqlama vermişdi ki, icraçı direktor vəzifəsindən gedirəm. Biz tərəfdən Vasif bəylə narazılıq olmayıb. Yaxınlarda onunla yenidən oturub söhbət etdik və yenidən komandaya qayıtmasına nail olduq. Vasif bəy futbolla nəfəs alan adamdı, onun komanda üçün etdiyi fədakarlıqlar da göz önündədi. Bir məsələni də xüsusi qeyd edim ki, "Füzuli"də fikir ayrılığı, narazılıq ola bilər. Amma bu fərqlilik kimlərinsə bir-biriylə qarşıdurması deyil, komandanın uğuru naminədi. Bizdə heç vaxt küsülülük, ayrı-seçkilik, münaqişə, düşmənçilik yoxdu. Nə qədər ki, mən bu klubun rəhbəriyəm, belə hallar da olmayacaq. Əvvəllər olduğu kimi, bundan sonra da bütün gücümüzü doğma komandamızın uğurları üçün səfərbər edəcəyik".


"Füzuli"dəki dəyişikliklərlə bağlı komandanın meneceri Rəşad Babayevin yanaşması belə oldu:
"Xatırlayırsızsa, "Füzuli"nin icraçı direktoru Vasif İsmayılov "facebook" sosial media hesabında tutduğu vəzifədən gedəcəyini açıqlamışdı. Lakin hələ də icraçı direktordu və rəsmi qaydada ayrılmadan söhbət gedə bilməz. Belə hadisə yaşanmayıb. Əslində o vaxt rəhbərlikdə təmsil olunan digər şəxslər üçün də onun ayrılması ilə bağlı informasiya həm qəribə, həm də sürpriz olmuşdu. Sonra bu məsələləri müzakirə elədik, danışdıq, yoluna qoyduq və Vasif bəy indi də vəzifəsinin başındadı. Yəni Vasif İsmayılov getməmişdi ki, harasa da yenidən qayıtsın. Baş məşqçimiz Amit Quluzadənin gedişinə gəlincə, o da klubdan ayrılmaq istədiyini bildirdi. Biz kollektiv olaraq, bu spontan qərara etiraz elədik, getməməsi üçün çalışdıq. Lakin o özü rəhbərliyə bunun səbəblərini açıqladı, israr etdi, bizə bundan sonra məlum qərara hörmət etmək düşər. Yəni hansısa ciddi səbəbin olduğunu güman etmirəm, tam şəxsi məsələlərlə bağlı bir qərardı. Çünki istər komanda, istər klub rəhbərliyi olaraq, Amit müəllimdən, onun işindən həmişə razı olmuşuq və getməsi, sözün düzü, hamımız üçün sürpriz oldu. "Füzuli"də hər şey qaydasındadır, öz axarındadı və qarşıya qoyulan hədəflərə köklənmişik. Ümumiyyətləə, kollektivdaxili məsələlərin mətbuatda danışılmasını, müzakirəsini doğru saymırıq. "Füzuli"dəki təcrübə dəyərli qardaşımız Amit Quluzadə üçün məşqçi karyerasında yaxşı əyani vəsait oldu və zərrəcə şübhə eləmirəm ki, o, istənilən başqa klubda ciddi uğurlara imza atacaq. Onda baş məşqçiyə xas bütün müsbət cəhətlər var. Amit Quluzadə yaxın gələcəkdə Azərbaycanın ən say-seçmə məşqçisinə çevriləcək. Ona məşqçi karyerasında uğurlar arzulayırıq".


Vasif İsmayılov isə qayıdışı haqda bunları dedi:
"Əvvəllər dediyim yenidən təkrarlayıram. "Füzuli" mənim 4-cü övladımdı. Mən onu nə dana, nə də kəsib ata bilərəm. Harda olmağımdan asılı olmayaraq, bu komanda mənim parçamdı. Qayıdışıma gəlincə, bu barədə çox danışılacaq nəsə yoxdu. Klub prezidenti Rauf müəllim mənlə danışdı, xeyli müzakirə apardıq, komandaya qayıtmağımın vacibliyini vurğuladı. Mən də düşünəndən sonra yenidən doğma komandama icraçı direktor vəzifəsinə döndüm".


Yaxınlarda Vasif İsmayılov "Çinar-Zəngilan" da idman direktorun vəzifəsinə təyinat almışdı. Bəs "Füzuli"dəki köhnə işinə qayıdacaqsa, Zəngilan təmsilçisindəki işi necə olacaq? Bu barədə Region Liqası təmsilçisinin baş məşqçisi Anar Dünyamalıyevdən soruşduq:
"Vasif İsmayılovla yolumuza davam edəcəyik. O, iki vəzifəni icra edəcək - "Füzuli"də icraçı direktor, "Çinar-Zəngilan"da isə idman direktoru olacaq".


...Bilərəkdən oxucuya bütün mövqeləri çatdırırıq ki, həqiqət axtarışında olarkən seçim edə bilsin. Amma bir sual özümüz üçün də maraqlıdı: eyni liqada yarışına bir komandanın icraçı direktoru, o birinin isə idman direktoru olmaq, görəsən, necə mümkündü?!

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

2-ci liqa / Manşet

25-09-2023, 23:0

İdman direktoru kimi gəlmişdi, baş məşqçi oldu

Aktual / Ölkə futbolu

22-07-2023, 18:0

"Füzuli"nin Amit Quluzadə ilə bağlı planı - AÇIQLAMA

Aktual / Ölkə futbolu

14-11-2023, 19:0

Amit Quluzadə niyə istefa verib? - ÖZÜ AÇIQLADI

2-ci liqa

22-07-2023, 10:0

"Füzuli"nin yeni baş məşqçisi və idman direktoru açıqlandı

Aktual / Ölkə futbolu

14-11-2023, 19:0

İkinci liqa klubunda baş məşqçi istefası

Aktual / 2-ci liqa

21-10-2023, 13:0

“Füzuli”nin icraçı direktoru istefa verdi

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Bu gün, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 21:55
    "Belə nəticə əldə etdiyimiz qürur duyuram" - Valdas Dambrauskas
  • Bu gün, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Bu gün, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Bu gün, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Bu gün, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Bu gün, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Bu gün, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Bu gün, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Bu gün, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Bu gün, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Bu gün, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Bu gün, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Bu gün, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 103
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə