• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yığma üzvlərinin qiymətləndirməsi - 10 ballıq şkala ilə

Yığma

17-10-2023, 13:0

Şahruddin Məhəmmədəliyev – 5,5
Nəzərə alsaq ki, avstriyalıların oyunboyu qapıya cəmi üç dəqiq zərbəsi oldu, dünən Şahruddinin üzərinə düşən yük nisbətən yüngül idi. Gərgin keçən oyunun taleyini penalti zərbəsi həll etdi. Şahruddin zərbəni qaytarmağa yaxın olsa da, uğurlu ola bilmədi. Ümumilikdə ciddi səhvlərlə yadda qalmayan qapıçını məğlubiyyətdə günahlandırmaq olmaz.

Anton Krivotsyuk – 5,0
Müdafiəçi oyuna pis başlamamışdı. Xüsusilə ilk hissədə əksər hava mübarizələrindən qalib ayrılmağı bacarırdı. Qapımızda qol görəndən sonra başqa oyunçular kimi, Anton da səhvə yol verməyə başladı.

Höccət Haqverdi – 4,0
De Byazi dünən də müdafiənin mərkəzini Höccətə etibar etmişdi. Oyunboyu rəqib cərimə meydançamız daxilində bir neçə real qol imkanı qazandı. Höccət bu epizodların heç birində inamlı təsir bağışlamadı.

Rahil Məmmədov – 4,5
Penalti epizoduna qədər Rahil yığmanın meydandakı ən yaxşı oyunçusu idi. Təəssüf ki, rəqib cərimə zərbəsini yerinə yetirən zaman qeyri-peşəkar davranaraq qolun vurulmasında səbəbkar oldu. Ötən oyun komandamıza penalti qazandıran müdafiəçi bu dəfə antiqəhrəmana çevrildi.

Elvin Cəfərquliyev – 4,0
İlk yarıda hücumlara fəal dəstək verən Elvinin əksər ötürmələri qeyri-dəqiq alınırdı. Cinahdan komandamızın hücumlarını qurmağa cavabdeh olan futbolçu ikinci hissədə çox passiv idi. Qarşılaşmanın sonuna yaxın Qismət Alıyevlə əvəzlənməsi də bunun nəticəsidi.

Aleksey İsayev – 5,0
Estoniya ilə oyunda olduğu kimi, dünən də xüsusi heç nə ilə yadda qala bilməyən Alekseyi De Byazi gec də olsa, Mahir Emreliylə əvəzlədi. Futbolçunun bəzi ara ötürmələri uğurlu alınsa da, hücumçularımız sonluğu gətirə bilmədilər.

Coşqun Diniyev – 3,0
Oyunun əvvəllərindən ikili mübarizələri uduzan Coşqunun fiziki hazırlığının Avstriya ilə oyun üçün kifayət etmədiyini gördük. Bəzi epizodlarda isə topla artıq hərəkət edib itirməsi komandamıza baha başa gələ bilərdi. Təsadüfi deyil ki, baş məşqçi ikinci hissədə onu gənc Emil Səfərovla əvəzlədi.

Toral Bayramov – 4,5
Toral ilk dəqiqələrdən həyəcanlı görünsə də, zamanla toparlanıb yaxşı oyun göstərməyə başladı. Sağ cinahda uğurlu keçidlər edərək rəqib müdafiəsinə təhlükələr yarada bilirdi. İkinci hissənin əvvəllərində qapıya endirdiyi dəqiq zərbə effektli alınmasa da, yığmanın yaratdığı yaddaqalan epizodlardan biri idi. Son dəqiqələrdə qaçırdığı yüzfaizlik qol imkanı isə futbolçu haqqındakı bütün müsbət fikirləri yerə vurdu.

Emin Mahmudov – 4,5
Kapitanın dünənki vəzifəsi hücumdakı duetə ötürmələr verərək qol vəziyyətləri yaratmaq idi. Emin isə ilk dəqiqələrdən çox passiv görünür, mübarizələri tez-tez uduzaraq top itkisinə yol verirdi. Bəzi ötürmələri təhlükə yaratsa da, hücum xəttinin etibarsızlığı nəticə qazanmağa imkan vermədi.

Emil Səfərov – 3,5
Gənc yarımmüdafiəçi meydana çıxanda komandamız məğlub vəziyyətdə olduğu üçün xaotik oyun göstərirdi. Yenə də Emil bəzi epizodlarda Coşqundan daha fəal və sürətli olduğunu göstərməyi bacardı. Toralın boşa verdiyi yüzfaizlik qol vəziyyətinin yaradıcılarından biri idi.

Ramil Şeydayev – 4,0
Oyunboyu, sadəcə, qaçan Ramil xeyli imkanı əldən verdi. Oyunun əvvəllərində rəqib müdafiəsini təzyiq altında saxlamaq məqsədi ilə pressinq tətbiq etsə də, sonradan bunu da unudub nizamsız oynamağa başladı. Oyunun sonlarında əsəblərini cilovlamağı bacarmayan futbolçu intizamsızlıq ucbatından sarı vərəqə ilə də cəzalandırıldı.

Renat Dadaşov – 3,0
Renat dünən zədələnənə qədər meydanda görünmürdü. Yalnız zədə epizodunda bir neçə dəqiqəliyə diqqət mərkəzində oldu. De Byazi Mahir Emrelini ehtiyatda saxlayaraq start heyətində Renata şans versə də, o, bu şansı dəyərləndirə bilmədi.

Mahir Emreli – qiymətsiz

Musa Qurbanlı – qiymətsiz

Qismət Alıyev – qiymətsiz

ADİL NƏHMƏTLİ

Paylaş:
Digər xəbərlər

Yığma / AÇ

20-06-2023, 13:0

Yığma üzvlərinin qiymətləndirməsi

Yığma / AÇ

14-10-2023, 12:0

Yığma üzvlərinin qiymətləndirməsi

Yığma / Reportaj

20-06-2023, 13:0

Estoniyada da Bakıdan xalla getdi, biz kimi udacağıq? - REPORTAJ

Aktual
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Son xəbərlər
  • Bu gün, 18:54
    U-17 Liqa və Gənclər Liqasında püşk atıldı
  • Bu gün, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Bu gün, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Bu gün, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Bu gün, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Bu gün, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Bu gün, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Bu gün, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Bu gün, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Bu gün, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Bu gün, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Bu gün, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Bu gün, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Bu gün, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Bu gün, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Bu gün, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Bu gün, 13:56
    Premyer-liqada yeni mövsüm başlayır! - "Turan Tovuz" "Qəbələ"yə qarşı
  • Bu gün, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Bu gün, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Bu gün, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Bu gün, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Bu gün, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Bu gün, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
  • Bu gün, 13:22
    “Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
  • Bu gün, 13:13
    “Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
  • Bu gün, 13:11
    “Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
  • Bu gün, 12:59
    ''Fənərbaxça'' bu qapıçı ilə birdəfəlik sağollaşdı
  • Bu gün, 12:40
    "Neftçi" və "Zirə" qalib gəldi - "Sabahın Ulduzları"
  • Bu gün, 12:36
    Üç boksçumuz qələbə qazandı - AÇ
  • Bu gün, 12:16
    “Müəyyən təkliflər, müəyyən planlar var” - Rüstəm Məmmədov yeni baş məşqçiyə uğur arzuladı
  • Bu gün, 11:55
    ''Fənərbaxça'' braziliyalı futbolçu ilə vidalaşdı
  • Bu gün, 11:40
    "Kəpəz" Nicatla yeni müqavilə imzaladı
  • Bu gün, 11:38
    "Tvente" - "Qarabağ" matçının başlama saatı açıqlandı
  • Bu gün, 11:33
    "Kəpəz"in hücumçusu "Zaqatala"ya keçdi
  • Bu gün, 11:31
    Millimiz Bosniya və Herseqovina ilə qarşılaşacaq
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə