Basketbol Liqasında 4-cü tura start verildi

17.11.2023 17:51 209
İdman
Basketbol Liqasında 4-cü tura start verilib.

"Football-plus.az" xəbər verir ki, turun açılış matçında lider “Xəzri” Xaçmaz təmsilçisi “NTD-İndiqo”nu qəbul edib.

Qarşılaşma Bakı klubunun 71:86 (12:17, 17:30, 26:18, 16:21) hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bu gün həmçinin “Sumqayıt” – “Neftçi” görüşü baş tutacaq. Tura noyabrın 18-19-da reallaşacaq oyunlarla yekun vurulacaq.

Qeyd edək ki, keçirdiyi 4 matçda 7 xal toplayan “Xəzri” turnir cədvəlinə başçılıq edir. Hər 3 oyunu qələbə ilə başa vuran “NTD-İndiqo” 6 xalla ikinci pillədə qərarlaşıb.