Basketbol oyunlarının yeri dəyişdirildi

16.11.2023 16:59 234
İdman
Basketbol üzrə ölkə çempionatında 4-cü tura sabah iki oyunla start veriləcək. Mövsümə əla başlayan debütanr “Xəzri” Xaçmaz təmsilçisi “NTD-İndiqo”nu sınağa çəkəcək.

Liqanın digər yeni komandası “Sumqayıt” isə doğma meydanda bu mövsümün iddialılarından biri “Neftçi”ni qəbul edəcək.
Məlumat üçün qeyd edək ki, 4-5-ci turların Bakıda keçiriləcək oyunlarının yeri dəyişdirilib. Buna səbəb isə “Sərhədçi” İdman Mərkəzində hərbçilər arasında güləş üzrə dünya çempionatına hazırlığın başlamasıdı. Bu üzdən oyunlar Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək.

17 noyabr
Xəzri – NTD-İndiqo

Sumqayıt Olimpiya İdman Kompleksi. Saat 14.30.

Sumqayıt – Neftçi
Sumqayıt Olimpiya İdman Kompleksi. Saat 17.30.

18 noyabr
Gəncə - Xırdalan

Gəncə Olimpiya İdman Kompleksi. Saat 14.00.

19 noyabr
Şəki – Cəlilabad

Şəki Olimpiya İdman Kompleksi. Saat 12.00.

Sabah – Sərhədçi
Sumqayıt Olimpiya İdman Kompleksi. Saat 19.00.
1. Xəzri 3 3 0 262:228 6
2. Neftçi 3 2 1 253:200 5
3. Xırdalan 3 2 1 270:254 5
4. Sabah 2 2 0 214:161 4
5. NTD-İndiqo 2 2 0 191:155 4
6. Sumqayıt 3 1 2 230:248 4
7. Cəlilabad 3 1 2 221:255 4
8. Sərhədçi 3 1 2 227:234 4
9. Gəncə 3 0 3 226:302 3
10. Şəki 3 0 3 216:273 3