“Mançester Yunayted”in yeni həmsahibi peyda olub. “Omega Advisors”un təsisçisi Leon Kupermen klubun səhmlərinin 2 faizini alıb.
“Mirror” qəzetinin məlumatına görə, biznesmen səhmlərin 2 faizi üçün 15,7 milyon avro ödəyib. 80 yaşlı Kupermenin sərvətinin 2,4 milyard avro olduğu ehtimal edilir. O, Nyu Yorkda yerləşən “Omega Advisors” şirkətinin qurucusudu.
Xatırladaq ki, daha əvvəl INEOS-un sahibi Cim Retkliffin klubda 25 faiz pay almaq istədiyi haqda məlumat yayılmışdı. Həmçinin onun MY-də futbol əməliyyatlarına tam nəzarət edəcəyi gözlənilirdi. Ancaq indi yerli mənbələr Kupermen ilə Retkliffin İngiltərə nəhənginin mövqeyini yaxşılaşdırmaq üçün birgə çalışacağını ehtimal edirlər. Komanda hazırda İngiltərə premyer-liqasında keçirdiyi 12 oyun 21 xalla 6-cı yeri tutur.
Yeri gəlmişkən, “Yunayted” rəhbərliyində daha bir dəyişiklik baş verib. Riçard Arnold baş direktor vəzifəsini tərk edib. Onun səlahiyyətlərini müvəqqəti Patrik Stüart yerinə yetirəcək.
“Mançester Yunayted”də yeni həmsahib
Dünya futbolu





