Komandanın hazırkı durumu və gələcək oyunları barədə murovluların blokçusu Elmin Alışanovla əlaqə saxladıq. Onun "Football-plus.az"a dedikləri:
"Neftçi"nin heyətinin bir çox hissəsi bizim üçün tanış deyil. Rəqibə transfer olunan legionerlər iranlıdı. Ancaq oyun üslubuna bələd olduğumuz yeri voleybolçular da var. Bizim komanda isə ötən mövsümkü heyətinin 70-80 faizini qoruyub. Yalnız iki yeni sima aramıza qoşulub. Hədəfimiz bu mövsüm ölkə çempionu olmaqdı".
Qeyd edək ki, bu oyun saat 15.00-da start götürəcək.
CAVİD ƏLİYEV



