2-ci liqada 4-cü tura start verildi - YENİLƏNİB

25.09.2023 17:53 288
II liqa / Manşet
Bu gün 2-ci liqada 4-cü tura start verilib.

"Football-plus.az" xəbər verir ki, “Qusar” Sumqayıtda “Göygöl”ü, “Şəfa” isə Binə qəsəbə stadionunda “Şəmkir”i qəbul edib. Saatlıda isə autsayderlərdən “Kür-Araz” heç xalı olmayan “Kürmük Qax”la qarşılaşıb.

25 sentyabr
Qusar – Göygöl 1:1

Sərxan Ağayev, 20 - Vüqar Əşrəfli, 43
Sumqayıt, “Kapital Bank Arena” (ehtiyat meydança). Saat 13.00

Şəfa - Şəmkir 3:2

Asim Quliyev, 25. Elşən Mirzəzadə, 79. İbrahim Yusifov, 81 - Elgün Namazov, 39, 56.
Binə, qəsəbə stadionu. Saat 15.00.

Kür-Araz - Kürmük Qax 6:3
Cavid İmamverdiyev, 7, 14, 15. Eltun Hüseynov, 45+1. Qeyrət Əliyev, 77. Ceyhun Quliyev, 88 - Elcan Hafizli, 9. Nail Təhməzli, 35. Elvin Süleymanlı, 90+4.
Saatlı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.30.
Xal durumu: Sheki City, Cəbrayıl - 9. Göygöl -7. Dinamo, Lerik, Kür-Araz, Füzuli, Baku Sportinq - 6. Qusar, Ağdaş, Şahdağ Qusar - 4. Şəfa - 3, Kürmük Qax, Şəmkir - 0.
Bombardirlər: Ravil Yusifli (Sheki City) – 6. Vüqar Əşrəfli (Göygöl) - 6.