Ceyms Meddisonun səhhəti ilə bağlı ilkin məlumat yayılıb.
"Football-plus.az" xəbər verir ki, “Tottenhem”in oyunçusu premyer-liqanın 11-ci turunun “Çelsi” ilə oyununda sıradan çıxmışdı. İngilis yarımmüdafiəçi topuğundakı zədə səbəbindən təxminən 2 ay futbolsuz qalacaq. Bu da o deməkdi ki, futbolçu bu müddətdə klubunun və İngiltərə yığmasının oyunlarını buraxacaq.
Ceyms bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 12 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.