28:136 - fiaskodan daha artıq!

12.11.2023 17:23 200
İdman
Basketbol üzrə qadınlardan ibarət millimiz AÇ-2025-in seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Evren Alkayanın çalışdırdığı komanda "Sərhədçi" İdman Kompleksində Belçika millisi ilə qarşılaşıb.

Millimiz son Avropa çempionuna böyük hesabla uduzub – 28:136. Azərbaycan ilk turda Litvaya səfərdə 62:99 hesabı ilə məğlub olmuşdu.