
İdman
138
29.06.2022, 22:38
Millimiz Andorraya uduzdu
Basketbol üzrə kiçik ölkələrin Avropa çempionatı davam edir.
"Football -plus.az" xəbər verir ki, Azərbaycan millisi də növbəti oyununu keçirib.
Aleksandr Trifunoviçin rəhbərlik etdiyi kollektiv bu dəfə Andorraya uduzub – 69:72.
Millimiz dünən ev sahibi Maltaya 71:73 məğlub olmuşdu.
Üç komandanın yer aldığı qrupda sonuncu yeri tutan millimiz Avropa çempionatının 1/4 finalında mübarizə aparacaq. Görüş iyulun 1-də keçiriləəck.