"Football-plus.az" xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın məşqçisi Zaur İsmayılov ölkə kubokunun 2-ci təsnifat mərhələsində bu gün "Şimal"la keçirilən oyunla bağlı danışarkən deyib.
O, 1-ci liqa komandasına 6:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib:
"Fasilədə müəyyən tapşırıqlar verdik və ikinci hissədə nəticəsini gördük. Komanda daha çox hərəkət etdi və yaradılan imkanları dəyərləndirməyi bacardı. Oyunun gedişində çalışdıq ki, digər matçlarda meydana çıxmayan futbolçulara da şans verək. "Şimal"ı yaxşı mübarizəyə görə təbrik edirəm".




