Braziliyalı yarımmüdafiəçi hazırda ''Hatayspor''u çalışdıran sabiq komanda yoldaşı Volkan Dəmirəl ilə birlikdə olan şəklini paylaşaraq ''Bravo Volki. Birlikdə'' sözünü yazıb. 34 yaşlı futbolçu daha öncə 2015-19-cu illərdə Volkanla birlikdə ''Fənərbaxça''da top qovub. 2020-ci ildən ötən mövsümün qış fasiləsinə qədər isə ''Beşiktaş''ın şərəfini qoruyub. Hazırda karyerasını Çin təmsilçisi ''Beytsin Qoyan''da davam etdirən ''sambaçı'' ilk dəfə deyil ki, ''Qalatasaray''a ilişir. O, 9-cu turda ''Beşiktaş''ın səfərdə ''Qalatasaray''a 1:2 uduzduğu oyundan sonra ''Penaltisaray'' paylaşımı ilə diqqət çəkmişdi. Həmin derbidə ''Qalatasaray''ın qələbə qolunu İkardi məhz penaltidən vurmuşdu.

ƏLİ




