Braziliyalı futbolçu ''Qalatasaray''lıları qıcıqlandırdı

21.09.2023 20:30 231
Dünya futbolu
Türkiyəli futbolsevərlərə gözəl tanış olan Jozef de Souza dünənki ''Qalatasaray'' - ''Kopenhagen'' matçının gedişində etdiyi paylaşım ilə diqqət çəkib.

Məlum olduğu kimi braziliyalı yarımmüdafiəçi daha öncə Türkiyədə 2015-18-ci illərdə ''Fənərbaxça''nın, 2020-23-cü illərdə ''Beşiktaş''ın şərəfini qoruyub. Hazırda o, Çin təmsilçisi ''Beytsin Qoyan''da çıxış edir. 34 yaşlı futbolçu belə desək, ''Qalatasaray'' fanatlarını qıcıqlandırmaq qərarına gəlib. ''Sambaçı'' evdə oyunu izləyərkən öz ''instaqram''ının hekayə bölümündə ''Kopenhagen''in 2-ci qolunun videosunun paylaşıb və üstəlik gülüş smayliki qoyub. Çox keçmədən Souza daha bir paylaşım edib. O, ''Qalatasaray'' fanatlarının ona yazdığı söyüş və təhqirlərin şəklini paylaşaraq üzərində ''sevginiz üçün təşəkkürlər ''Qalatasaray'' azarkeşləri'' ifadəsini yazıb.

ƏLİ