Həndbol üzrə 30-cu ölkə çempionatının start tarixi məlum oldu - ÖZƏL

17.10.2023 11:55 315
Aktual / İdman
Həndbol üzrə kişilər və qadınlar arasında 30-cu ölkə çempionatının başlama tarixi bəlli olub.

"Football-plus.az"ın əldə etdiyi məlumata görə, bu mövsüm həm qadınlar, həm də kişilər arasında 6 komanda mübarizə aparacaq. Yeni mövsüm noyabrın 9-da start götürəcək. 1-ci turun proqramı belədi:

Qadınlar
9 noyabr, saat 17.00. "Azəryol" - "Gənclərbirliyi"
11 noyabr, saat 14.00. "Bakı" - "İdman Akademiyası"
12 noyabr, saat 14.00. "Kür" (Mingəçevir) - "Qarabağ"

Kişilər
11 noyabr, saat 12.00. "İdman Akademiyası" - "Dinamo"
11 noyabr; saat 16.00. "Azəryol" - "Qarabağ"
12 noyabr, saat 16.00. "Kür" (Mingəçevir) - "Təhsil"

CAVİD ƏLİYEV