“Biz bunu iki həftə əvvəl Almaniyada da "Qarabağ"a qarşı göstərmişdik” – Caka danışdı

10.11.2023 17:29 614
Aktual / Müsahibə
"Qarabağ" dünən Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda evdə Almaniya nəhəngi "Bayer-04"ə uduzdu.

Oyundan sonra Leverkuzen təmsilçisinin isveçrəli ulduzu Qranit Caka "Football-plus.az"ın bəzi suallarını cavabladı.

- Oyunla bağlı təəssüratın necədi?
- Məncə, matç çox çətin keçdi. "Qarabağ" yaxşı mübarizə apardı. Lakin ikinci hissədə bizim çıxışımız da yaxşı idi. Sonda şansımız gətirdi, penalti qazandıq və görüşün qalibi olduq.

- Son dəqiqələrdəki qələbə qolu sayəsində burdan 3 xalla qayıtdız. Bu nəticədə nə əsas rol oynadı?
- Düşünürəm ki, bu qələbədə bir-iki oyunçunun yox, bütün komandanın zəhməti əsas rol oynadı. Biz bunu iki həftə əvvəl Almaniyada da "Qarabağ"a qarşı göstərmişdik. Bu oyun çətin keçsə belə, qalib gəlməyi bacardıq.

- "Qarabağ"ın hansı oyunçusunu bəyəndin?
- "Qarabağ"ın yaxşı oyunçuları var. Həmçinin də çox gözəl kollektivdi.

- Əcnəbi oyunçular arasında Bakıya daha çox səfər edənlərdən birisən.
- Bəli, mən "Arsenal"ın, millinin heyətində bura gəlmişəm. Əlbəttə, Azərbaycan və Bakı möhtəşəmdi.

CAVİD ƏLİYEV