Yenidən Almaniyada çıxış edəcək

8.07.2023 21:54 215
Dünya futbolu
Qranit Caka “Arsenal”dan ayrılıb.

"Football-plus.az" xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Almaniyaya üz tutub. O, “Bayer-04” ilə 5 illik müqaviləyə qol çəkib. Qranit İngiltərə klubunda 2016-cı ildən çıxış edirdi.

İsveçrəli futbolçu daha əvvəl Almaniyada çıxış edib: 4 il Münhenqladbax “Borussiya”sının formasını daşıyıb.