"Qarabağ"la matçdan sonra toparlanmağa çalışdıq" - "Nant"ın futbolçusu

19.09.2022 16:49 570
Dünya futbolu
"Nant"ın futbolçusu Andrey Cirotto Avroliqanın qrup mərhələsində "Qarabağ"a uduzduqları oyunu xatırlayıb.

"Footbal-plus.az" xəbər verir ki, o, Fransa Liqasının 8-ci turunda "Lans"la keçirilən matçdan (0:0) sonra yerli mətbuata açıqlamasında bu barədə deyib:

"Vacib xal qazandıq. "Qarabağ"la matçdan sonra toparlanmağa çalışdıq. Artıq irəli baxmaq lazımdı. Hər iki kollektiv yaxşı oynadı. Evdə qalib gəlmək istəyirdik. Bu komandaya qarşı bir xal qazanmaq yaxşı nəticədi".


Xatırladaq ki, "Qarabağ" qrup mərhələsinin 2-ci turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında digər görüş oktyabrın 27-də Fransada olacaq.