Renat Dadaşovun yeni klubu bəlli olub.
"Football-plus.az" xəbər verir ki, 27 yaşlı futbolçu “Bukovina”ya keçib. Bu barədə Ukrayna klubunun mətbuat xidməti məlumat yayıb. Dadaşovla "1+1" illik müqavilə imzalanıb.
Son olaraq Polşa "Motor"unda çıxış edən Renat karyerası ərzində Portuqaliyanın “Eştoril”, “Pasuş de Ferreyra”, “Tondela”, İsveçrənin “Qrasşopper”, İngiltərənin “Vulverhempton”, Türkiyənin “Hatayspor” və “Ankaragücü” klublarında da oynayıb.
Nəhayət, Renat da özünə klub tapdı - RƏSMİ
Ölkə futbolu






