Klubun indiyə qədər bir neçə mütəxəssisə təklif göndərdiyini, lakin namizədlərin buna isti yanaşmadığını yazmışıq. Mətbuatda yayılan xəbərlərdə həmin şəxslərdən birinin Yunis Hüseynov olduğu bildirilir.
"Football-plus.az" olaraq, mütəxəssislə əlaqə saxlayıb məlumatın səhihliyini öyrəndik:
"Mənə təklif gəlməyib. Ümumiyyətlə, "Kəpəz"dən müraciət gözləmirəm. Mən elə rəhbərliklə yola gedə bilmərəm. Klublar futbolu sevən şəxslərin idarəçiliyində olmalıdı. İndiki halda "Kəpəz"də çalışmağım mümkün deyil".
KƏNAN BAHADIR





