"Kəpəz"də təyinat: bu post gəncəli mütəxəssisə tapşırılır

1.08.2023 11:55 976
Ölkə futbolu / Manşet
"Kəpəz"in akademiyasında inşaat işlərinin yekunlaşdığını xəbər vermişdik. Hazırda binanın mebel təchizatı, fitnes avadanlıqlarının və başqa inventarların yerləşdirilməsi prosesi gedir. 

"Sport24.az"ın yaydığı xəbərə görə, artıq akademiyanın yeni rəhbəri də məlumdu. Söhbət Cabir İbrahimovdan gedir. Klubla mütəxəssis arasında danışıqlar müsbət yekunlaşıb. Gəncə təmsilçisi bugünlərdə onunla münasibətləri rəsmiləşdirəcək.

"Football-plus.az" saytı olaraq, xəbərin səhihliyini öyrənmək üçün "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq. Klub rəsmisi məlumatı təkzib etmədi:

"Əslində təyinat reallaşmadan bu haqda danışmaq doğru olmaz. Onu deyim ki, yaxın zamanda mövzu ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".

Xatırladaq ki, Cabir İbrahimov daha əvvəl "Kəpəz"də icraçı direktor və infrastruktur üzrə mütəxəssis vəzifələrində çalışıb.

KƏNAN BAHADIR