“Real”da daha bir yeni müqavilə reallaşıb.
"Football-plus.az xəbər verir ki, İspaniya klubu fransalı yarımmüdafiəçi Eduardo Kamavinqa ilə yenidən anlaşıb. Klubun saytının məlumatına görə, 20 yaşlı futbolçu ilə sözləşmənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Eduardonun satış qiyməti və məvacibinin məbləğinə aydınlıq gətirilmir.
Kamavinqa “Real”a 2021-ci ildə “Renn”dən 40 milyon avroya keçib. O, bu mövsüm İspaniya La Liqasında 12 oyun keçirib.