“Real” onunla müqaviləni yeniləyəcək

1.10.2023 23:15 200
Dünya futbolu
Eduardo Kamavinqa “Real” ilə yaxşılaşdırılmış şərtlərlə yeni müqavilə imzalayacaq.

"Football-plus.az" xəbər verir ki, “Relevo” portalının məlumatına görə, fransalı yarımmüdafiəçi ilə 2027-ci ilə qədər nəzərdə tutulan hazırkı müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar sürətlə davam edir. Klub və futbolçunun nümayəndələri arasında ilk təmaslar aprel ayında olub və hazırda tərəflər razılığa gəlməyə yaxındılar. Kamavinqanın tezliklə yeni müqavilə imzalayacağı gözlənilir.

O, “Real”a 2021-ci ildə “Renn”dən transfer olunub.