• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yol verin, “Göyqurdlar” gəlir!

Yığma / Manşet

6-11-2023, 22:0

Azərbaycan yeni azarkeş qrupu fəaliyyətə başlayıb.

Söhbət “Göyqurdlar”dan gedir. Fanklub milli komandaya dəstək olacaq. Azarkeş qrupunun rəhbəri uzun illər “Sektor 11”də idarəçilik etmiş Elnur Şəriflidi. Onunla “Göyqurdlar”la bağlı danışdıq:

“Uzun müddət idi tribunaya gəlməyə ara vermişdim. 2010-cu ildə təsis, 2013-cü ilə qədər rəhbərlik etdiyim “Sektor 11”in bu müddətdə əldə etdiyi uğurlar hələ də Azərbaycan tribunalarında gözəl xatirə kimi qalmaqdadı. “Göyqurdlar”ı təsis etməyimin əsas səbəbi milli komandanın bu çətin günündə azarkeşləri tribunaya gətirməkdi. Bildiyimiz kimi, yığmamız son illər bir o qədər də ürəkaçan nəticələr göstərmir, bu da azarkeşlərin stadiondan soyumasına gətirib çıxarıb. Uzun aradan sonra Estoniya səfərində “Milli Dəstə”nin rəhbəri, əziz dostum Şamil Mustafayevlə matçı izlədim. Yaxın dostlarımızla etdiyimiz müzakirələr sonrası yenidən tribunalara qayıdıb azarkeş qrupu təsis etməyə qərar verdim. İlkin olaraq millimizin Avropadakı oyunlarında “Milli Dəstə” ilə iştirak edib səfər matçlarında dəstək verməyi və Avropada yaşayan millətçi gəncləri sıralarımıza qoşaraq dərnək kimi fəaliyyət göstərməyi düşünürdük. Ancaq milli komandamızın ev oyunlarındakı azarkeş dəstəyinin zəifliyini və ölkəmizdəki gənclərin də bizə qoşulmaq istəyini görərək Azərbaycanda da təmsilçiliyimizin olmasını qərar verdim. Hazırda bizə qoşulan bir qrup azarkeşlə müzakirələrimiz davam edir. İlk iştirak edəcəyimiz matçın Belçika səfəri olacağını planlaşdırmışdıq. Lakin saydığım çoxsaylı istəklərdən dolayı açılışı Azərbaycan - İsveç matçıyla edəcəyik. Bu səbəbdən önümüzdəki həftə Bakıya səfər edəcəyəm və təmsilçilik üçün danışıqlar aparacağam. Sonrasında Azərbaycandakı təmsilçiyimiz üçün əlaqələndirici təyin olunacaq və ev matçlarında yerli azarkeşlər də “Göyqurdlar”a qoşula biləcəklər. Yalnız milli komandanın oyunlarında iştirak etməyi düşünürük. Çünki klublarımızın artıq digər azarkeş qruplarının dəstəyinə ehtiyaclarının olmadığını düşünürəm. Biz “Sektor 11” olaraq 10-11 il öncə bütün avrokubok oyunlarında iştirak etməyə çalışırdıq ki, klublarımız dəstəksiz qalmasınlar. Bildiyiniz kimi, o illərdə klubların azarkeş qrupları yeni-yeni formalaşmağa, möhkəmlənməyə başlayırdı. Bəzi klublarımızın heç azarkeş qrupu belə mövcud deyildi. Ancaq artıq buna ehtiyac olmadığı fikrindəyəm. Hazırda “Neftçi”nin, “Qarabağ”ın və digər klubların çox güclü, müasir azarkeş qrupları var. Onlar öz klublarını layiqincə dəstəkləmək gücündədilər. Bu səbəbdən biz, sadəcə, milli komandanın oyunlarında iştirak etməyi planlayırıq. Ehtiyac və tələb olduğu şəkildə, təbii ki, klublarımızın da avrokubok matçlarına gedib dəstəyimizi əsirgəmərik. Nəticə olaraq, qrupumuz millətçi və bayrağını sevən gənclərdən ibarətdi. Bundan başqa, bir daha qeyd edim ki, azarkeş qrupu olmaqla yanaşı, Avropada biz millətçi gəncləri özündə birləşdirən dərnək kimi də fəaliyyət göstərəcəyik”.


Elnur bəy azarkeş qrupuna üzv olmağın yolunu da izah etdi:
“Ölkəsini və bayrağını sevən hər gənc qrupumuza qatıla bilər. Üzvlük üçün qeydiyyatlarımız İsveçlə matç ərəfəsində başlayacaq. Rəsmi səhifəmizdə elan edəcəyimiz üzvlük anketini dolduranlar bazamıza düşəcəklər. Azad fəaliyyət göstərəcəyimiz üçün rəmzi üzvlük haqq da müəyyənləşəcək. Çünki hazırda bizim federasiyadan biletdən başqa bir istəyimiz olmayıb və özümüz özümüzü maliyyələşdirəcəyik. Bunun üçün də Avropadakı azarkeş qruplarının fəaliyyətini nümunə götürərək həm üzvlükhaqqından, həm də atribut satışlarından maliyyələşməni həll etməyi planlayıram. Yeni şərflərimiz sifariş olunub və İsveç matçına qədər hazır olacaq. Qış üçün yağış gödəkçələri və papaq da sifariş edəcəyik. Bunu da unutmadan qeyd edim ki, biz tamaşaçı yox, 90 dəqiqə durmadan dəstək verən azarkeş istəyirik. Millimizin zəif nəticə göstərdiyi və həmişə qalib gəlmədiyini bilə-bilə stadiona gedib üçrəngli bayrağımız üçün dəstək verənləri aramızda görmək istəyirik. Tamaşaçı tipli azarkeşləri aramızda gördüyümüz an onsuz da onların üzvlüyünü ləğv edəcəyik. Bu o demək deyil ki, üst-üstə məğlub olsalar belə, etirazımızı bildirməyəcəyik. Təbii ki, verdiyimiz dəstəyin də qarşılığını meydançada futbolçularımızdan görmək istəyərik”.


Azarkeş qrupunun rəhbəri “Göyqurdlar”ın xüsusi qaydaları olacağını da vurğuladı:
“Mən həmişə təhqirə qarşı olmuşam. Təbii, ən azı ictimai yerdə özünü yaxşı aparmaq lazımdı. Çünki biz xuliqan və aqressiv tipli qrup deyilik. Hər kəsin fikirləri fərqli ola bilər, yalnız mənim məqsədim tribunamıza xanımların da qoşulmasıdı. Bu səbəbdən çalışacağıq ki, tribunamızda ən azı təhqir və dava-dalaş olmasın. Fikrimcə, “Ultras” mentallığına malik azarkeş qrupu yaratmaq milli komandalar üçün uyğun deyil”.


İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Aktual

23-04-2022, 13:0

AFFA-dakı dəyişikliklər “Sektor 11”i tribunaya qaytardı

Premyer-liqa / Manşet

31-01-2023, 17:0

Rəşad Dildaşov: “Qadın azarkeş qrupunun rəhbəri olmağımın səbəbi…”

Manşet

19-08-2023, 13:0

"Şamaxı"dan "Sektor 56"ya: " Çətin dövrdə yanımızda olmayanlar əsl azarkeş ola bilməz"

Premyer-liqa / Manşet

8-01-2023, 17:0

“Kəpəz” rəsmisinin yaratdığı fanklub fəaliyyətini bərpa edib

Aktual
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Son xəbərlər
  • Bu gün, 21:24
    "Dinamo-Minsk" hesabda önə keçdi - YENİLƏNİR
  • Bu gün, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Bu gün, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Bu gün, 19:18
    "Kəpəz"də ayrılıq
  • Bu gün, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Bu gün, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Bu gün, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Bu gün, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Bu gün, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Bu gün, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Bu gün, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Bu gün, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Bu gün, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Bu gün, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Bu gün, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Bu gün, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Bu gün, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Bu gün, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Bu gün, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Bu gün, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Bu gün, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
Daha çox
Oxunub: 189
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 132
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 129
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə