Əfsanəvi basketbolçu dünyasını dəyişdi

6.11.2023 14:12 227
İdman
Şimali Karolina Universiteti rəsmi saytı bu təhsil ocağının Şöhrət Zalının üzvü olan Uolter Devisin 69 yaşında dünyasını dəyişdiyini xəbər verib.

Ölüm təbii səbəbdən baş verib.

“Finiks” Devisi MBA-nın 1977-ci il draftında ümumi 5 nömrə altında seçmişdi. O, 15 il ərzində 6 dəfə Ulduzların oyununda iştirak edib. Hər oyunda orta hesabla 18,9 xal toplayıb, 3 ribaund edib və 3,8 məhsuldar ötürmə verib. Həmçinin ABŞ yığmasının heyətində olimpiya çempionu da olub.