Teytum “Boston”un 35 illik rekordunu təkrarladı

22.03.2023 21:57 224
İdman
“Boston”un forvardı Ceyson Teytum komandasının “Sakramento”ya qalib gəldiyi (132:109) oyunda 36 xal toplayıb.

"Football-plus.az" xəbər verir ki, cari mövsümdə 39-cu dəfə bir oyunda 30 və daha artıq xal toplayan basketbolçu “Boston”un əfsanəsi Larri Berdin 1988-ci ildə müəyyənləşdirdiyi klub rekordunu təkrarlayıb.

Ceyson MBA-nın cari mövsümündə keçirdiyi 68 oyunda orta hesabla 30,1 xal toplayıb, 8,9 ribaund edib və 4,7 məhsuldar ötürmə verib.