“Neftçi” darmadağın etdi, bəs ulduzu nə dedi?

5.11.2023 15:16 226
Aktual / İdman
Basketbol üzrə ölkə çempionatının 2-ci turunda "Neftçi" səfərdə "Cəlilabad"a qalib gəldi - 90:56 (23:14, 26:10, 18:12, 23:20).

Oyundan sonra "ağ-qaralar"ın amerikalı ulduzu Toraye Breyk qazandıqları qələbə barədə fikirlərini "Football-plus.az" ilə bölüşdü:

"Yaxşı oynadıq, amma hələ də istədiyimiz səviyyədə çıxış eləmirik. Əlimizdə daha çox şeylər etmək üçün imkan var və bu mövsüm bunu göstərməyi planlayırıq. Növbəti turda "Şəki" ilə qarşılaşacağıq. Meydana çıxıb müdafiəni güclü, inamlı saxlamalıyıq ki, işin öhdəsindən layiqincə gələk".

CAVİD ƏLİYEV