Renatın komandası məğlub oldu

22.07.2023 22:50 244
Dünya futbolu
İsveçrə super liqasında 2023/24 mövsümünə start verilib.

"Football-plus.az" xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" doğma meydanda "Servett"i qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat da oyunun iştirakçısı olub. 24 yaşlı forvard matça start heyətdə başlayıb və 58-ci dəqiqədə əvəzlənib.