Qəbələ” Misli premyer-liqasının 12-ci turunun sabah keçiriləcək oyununda “Neftçi”ni qəbul edəcək. Görüş Qəbələ şəhər stadionunda keçiriləcək.
“Football-plus.az” xəbər verir ki, ev matçının hazırlığında “qırmızı-qaralar”ın 2 futbolçusu iştirak etməyib. Feras Abu Akal və Emil Səfərov bərpa prosesini davam etdirirlər. Asif Məmmədov isə komanda ilə məşqlərə başlayıb.
Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” görüşü saat 16.00-da başlayacaq.