"Qəbələ"nin futbolçularının son durumu

19.08.2023 10:00 232
Ölkə futbolu
Misli premyer-liqasının 3-cü turunda “Sumqayıt”la qarşılaşacaq "Qəbələ"nin futbolçularının son durumu açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Qəbələ şəhər stadionunda keçiriləcək matçda "qırmızı-qaralar"ın 2 futbolçusu iştirak etməyəcək. Asif Məmmədov və Fares Abu Akel zədədən sonra bərpa prosesi keçir. A.Məmmədov fərdi məşqlərə də start verib.

Bərpa prosesini başa vuran Zurab Oçiqava isə artıq komanda ilə hazırlığa başlayıb.

Qeyd edək ki, “Qəbələ” - “Sumqayıt” görüşü saat 18.00-da başlayacaq.