“Qəbələ” Misli premyer-liqasının 7-ci turunun sabah keçiriləcək oyununda “Qarabağ”la qarşılaşacaq. Matç Qəbələ şəhər stadionunda baş tutacaq.
"Football-plus.az" xəbər verir ki, ev görüşünün hazırlığında “qırmızı-qaralar”ın üç futbolçusu iştirak etmir. 6-cı turun “Turan Tovuz”la səfər qarşılaşmasında (2:2) zədə aldığı üçün əvəzlənən Urfan Abbasov müalicəsini davam etdirir. Asif Məmmədov və Feras Abu Akal isə bərpa prosesi keçir.
Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşü saat 19.00-da başlayacaq.