"Sabah"la oyun ərəfəsində "Qəbələ"də üç itki

6.08.2023 14:51 228
Premyer-liqa
“Qəbələ” Misli premyer-liqasının 2023-24-cü illər mövsümünün ilk turunun “Sabah”la səfər oyununun hazırlıq prosesini başa vurub.

"Football-plus.az" xəbər verir ki, Bakıda keçiriləcək qarşılaşmada üç futbolçu iştirak etməyəcək. Bərpa prosesi keçən Asif Məmmədov, Zurab Oçiqava və Feras Abu Akal “qırmızı-qaralar”ın hazırlıq prosesinə qatılmır. Bu oyunçular zədədən sonra bərpa prosesini davam etdirirlər.

Xatırladaq ki, bu gün “Bank Respublika Arena”da baş tutacaq “Sabah” - “Qəbələ” qarşılaşması saat 20.00-da başlayacaq.