“Qəbələ”də üç itki

12.08.2023 14:59 231
Premyer-liqa
“Qəbələ” Misli premyer-liqasının 2-ci turunun bu gün keçiriləcək oyununda “Araz-Naxçıvan”la qarşılaşacaq.

“Football-plus.az” xəbər verir ki, Bakıda baş tutacaq qarşılaşmada üç futbolçu iştirak etməyəcək. Asif Məmmədov, Zurab Oçiqava və Feras Abu Akal zədədən sonra bərpa prosesi keçdiyi üçün “qırmızı-qaralar”ın hazırlıq prosesinə qatılmır. Zurabın gələn həftədən komanda ilə məşqlərə qoşulacağı gözlənilir.

Xatırladaq ki, “Dalğa Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Qəbələ” görüşü saat 18.30-da başlayacaq.