Ture ilə Mançini yenidən bir komandada

4.11.2023 22:40 197
Dünya futbolu
Yaya Turenin yeni iş yeri müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, “Barselona” və “Mançester Siti”nin sabiq yarımmüdafiəçisi bundan sonra Səudiyyə Ərəbistanı yığmasında çalışacaq.

Afrikalı mütəxəssis baş məşqçi Roberto Mançininin köməkçisi təyin edilib. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb. 40 yaşlı Ture bundan əvvəl Donetsk “Olimpik”i və “Axmat”da da köməkçi məşqçi kimi çalışıb. Qeyd edək ki, o, 2010-13-cü illərdə MS-də Mançininin rəhbərliyi altında oynayıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul