Kolo Ture “Viqan”dakı işini itirib. İngiltərə klubu onu istefaya göndərib.
41 yaşlı mütəxəssis baş məşqçi vəzifəsinə ötən il noyabrın 29-da təyin edilmişdi. Ture ilə müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə bağlansa da, uğursuz nəticələr sözləşmənin ləğvini qaçılmaz edib. Belə ki, “Viqan” Turenin rəhbərliyi altında keçirdiyi 9 oyunda qələbə qazana bilmməyb: 3 dəfə heç-heçə edən komanda 6 oyunda məğlub olub. “Viqan” hazırda İngiltərənin 2-ci divizionunda 28 oyuna 25 xalla sonuncu – 24-cü yerdədi.
Ture bunadək ölkəsi Kot d’İvuar millisində və “Lester”də köməkçi-məşqçi kimi çalışmışdı. Onun futbolçu karyerasında “Arsenal”, “Mançester Siti”, “Liverpul” və “Seltik”də çıxış etdiyini də xatırladaq.