İsmayılova Ər-Riyaddan medalsız qayıtdı

4.11.2023 22:15 206
İdman
Azərbaycanda da məşhurlaşan savat idman növündə çıxış edən Tutu İsmayılova ilk dəfə olaraq dünya oyunlarında ölkəmizi təmsil etdi.

"Football-plus.az" xəbər verir ki, o, Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda baş tutan turnirdə ağır zədəli olmasına baxmayaraq, yarışda sona qədər döyüşərək təcrübəli ukraynalı Rəqibi Anastasia Konovalçuka məğlub olub - 1:2.

Qeyd edək ki, 18 yaşlı idmançımız daha əvvəl dünya kubokunun sahibi, dünya ikincisi, Avropa üçüncüsü, həmçinin də bir çox beynəlxalq yarışların qalibi olub.