Azərbaycan para-üzgüçüsü Əli Vəliyev Portuqaliyanın Vila Real de Santo Antonio şəhərində keçirilən Beynəlxalq əlil arabası istifadəçiləri və amputant idmançıların Dünya Oyunlarında gümüş medal qazanıb.
"Football-plus.az" xəbər verir ki, o, sərbəst üzmə növündə 1:07:90 nəticə göstərərək 2-ci olub.
Əli Vəliyev milli komandanın üzvü, uşaq paralimpiya hərəkatının yetirməsidir.