İdmançımız Dünya Oyunlarının finalında

14.07.2022 10:12 353
İdman
Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən 11-ci Dünya Oyunlarında finala vəsiqə qazanıb.

"Football-plus az" xəbər verir ki, 91 kq-dan yuxarı çəki dəcərəsində çıxış edən idmançı yarımfinalda ukraynalı Roman Şerbatyuku məğlub edib.

Rəcəbzadənin 1/4 final mərhələsindəki rəqibi monteneqrolu Miroslav Vuyoviç rinqə çıxmayıb.

Azərbaycan təmsilçisi iyulun 15-də finalda xorvatiyalı Anto Şiriçlə üz-üzə gələcək.