"Qarabağ"ın futbolçusu premyer-liqada ilkə imza atdı

4.11.2023 17:00 2 206
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 12-ci turunda "Qarabağ" "Kəpəz"i qəbul edir.

"Football-plus.az" xəbər verir ki, ilk hissədən sonra hesab 5:1-di. Ağdam təmsilçisinin üzvü Yassin Benzya 2,15 və 43-cü dəqiqələrdə fərqlənib.

Bu, 2023/24 mövsümündə qeydə alınan ilk het-trik olaraq qeydə alınıb.

Qeyd edək ki, Yassin Benzya cari futbol ilində "Qarabağ" heyətində 19 oyunda 5 qol vurub, 6 məhsuldar ötürmə edib.

İLKİN SULTANLI